Yeməklərdə bu sudan istifadə edənlər DİQQƏTLİ OLUN
    • 23-10-2024, 19:06
    • 468

Yeməklərdə bu sudan istifadə edənlər DİQQƏTLİ OLUN

Bir çox insanlar yemək hazırlayarkən krandan su alır və sonra bu suyu qaynadıb yeməklərdə istifadə edirlər. Məlumdur ki, kran suyunun qaynadılması onu zərərli bakteriya və mikroblardan təmizləyir.

News24.az xəbər verir ki, bununla belə, kran suyundan istifadə hələ də risklidir. 

Mütəxəssislər yemək hazırlayarkən krandan su istifadə edənlərə xəbərdarlıq edib. Kran suyundan yeməklərin hazırlanmasında istifadəsi müəyyən hallarda zərərli hesab olunur.

Kran suyunun yeməkdə istifadə edilməsi üçün onu düzgün şəkildə təmizləmək lazımdır. Suyun tərkibində olan zərərli bakteriya və mikroblar yüksək temperaturda yaşaya bilməsələr də, kran suyu düzgün və ətraflı təmizlənmədən keçməyibsə, bu, yeganə narahatçılıq deyil. Kran suyunda həmçinin ağır metallar, radioaktiv maddələr və zərərli kimyəvi maddələr ola bilər.

Eyni şey içməli kran suyuna da aiddir.

Məryəm İlhamqızı