Döymələrinə görə rekordlar kitabına düşdü
    • 23-10-2024, 20:57
    • 386

Döymələrinə görə rekordlar kitabına düşdü

Bridgeport (Konnektikut, ABŞ) sakini Esperance Lumineska Fuerzina döymələri sayəsində rekordçu olub. 38 yaşlı qadının bədəni 99,98% döymə ilə örtülüb.

News24.az Lent.az-a istinadən xəbər verir ki, amerikalı təkcə ən çox döymənin sahibi deyil, həm də tarixdə qadınlar arasında ən çox bədən modifikasiyasının sahibi adlandırılıb.

Döymələrinin sayı 89-dur (bu, əvvəlki rekordçudan 40 bədən modifikasiyası çoxdur). O, ilk “tatuajını” təxminən 15 il əvvəl etdirib. Düzdür, indi bu rəsmi görmək mümkün deyil, çünki Fuerzina onun üstünə başqa bir döymə vurub. O, ilk bədən modifikasiyasına daha sonra qərar verib. Çəngəl dilini inkişaf etdirdiyi vaxtdan təxminən 10 il keçib. Qadında orduda xidmət etdikdən sonra dəyişiklik arzusu oyanıb.