-
- 23-10-2024, 23:47
- 1 643
Böyük müharibənin anonsu verildi - "Zərbə endirilsə..."
ABŞ İranla birbaşa hərbi toqquşmaya can atmır, amma Tehranla qarşıdurmada İsraildən istifadə etməyə davam edəcək.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu TASS-a iranlı analitik Mahmud Şuri deyib.
“Düşünmürəm ki, ABŞ İranla birbaşa hərbi qarşıdurmaya girmək niyyətindədir. Amerikalılar İsrailə hərbi dəstək verərək, onun arxasında gizlənəcəklər. ABŞ-ın regional münaqişədə iştirakı məsələsi İranın İsrailin mümkün hücumuna necə reaksiya verəcəyindən asılı olacaq”, - ekspert bildirib.
Onun sözlərinə görə, İsrailin İranın hərbi mərkəzlərinə hücumlarından sonra nələrin baş verəcəyini proqnozlaşdırmaq son dərəcə çətindir:
“Bölgə genişmiqyaslı müharibənin astanasında ola bilər. İran rəsmiləri Tehranın bu cür hücumlara adekvat cavab verəcəyini dəfələrlə vurğulayıblar”.
Mahmud Şuri noyabrın 5-də ABŞ-da keçiriləcək seçkilərdən sonrakı duruma da diqqət çəkib:
“İran üçün kimin Amerika prezidenti olması o qədər də önəmli deyil - Donald Tramp və ya Kamala Harris. ABŞ prezidenti kim olur-olsun, həmişə İsraili hərbi cəhətdən dəstəkləyəcək və onu İrandan qorumağa çalışacaq”.