-
- 24-10-2024, 04:00
- 327
Evinə əl bombası atılan iş adamından AÇIQLAMA
Marneuli bələdiyyəsinin Baydar kəndində iş adamı Vidadi Ömərovun evi 20 oktyabr gecə saat 3-də silahlı hücuma məruz qalıb.
Aktual.ge xəbər verir ki, o, bu barədə yerli mətbuata açıqlama verib.
Vidadi Ömərov bildirib ki, əvvəlcə naməlum şəxslər evinə odlu silahla atəş açıblar, daha sonra isə əl qumbarası atıblar. Hadisə zamanı evdə ailə üzvləri, o cümlədən azyaşlı uşaqlar da olub.
Onun sözlərinə görə, bir neçə həftə əvvəl naməlum şəxslər ona zəng edərək pul tələb ediblər.
"Bir neçə həftə əvvəl müxtəlif nömrələrdən zəng edib pul istədilər. Mən isə imtina edərək, kreditlə aldığım üç yük maşınından başqa heç nəyimin olmadığını dedim. Bundan sonra evin həyətinə əl qumbarası atıldı. O vaxt anam, yoldaşım və uşaqlar da evdə idi. Atəş səslərini eşidib bayıra çıxdıq, lakin heç kəsi görə bilmədik.
Polisə xəbər verdik, gəldilər, lakin heç bir məlumat vermədilər. Evin bütün şüşələri sınıb. Kimin etdiyini bilmirəm və heç kimdən şübhələnmirəm. Polis hələ də heç kəsi saxlamayıb", - deyə iş adamı bildirib.
Qeyd edək ki, faktla bağlı Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 187 və 236-cı maddələri üzrə istintaqa başlayıb.