-
- 23-10-2024, 03:30
- 580
TƏCİLİ: İş adamının evi GÜLLƏBARAN edildi
Marneuli Bələdiyyəsinin Baydar kəndində bir iş adamının evinə əl qumbarası atılıb.
News24.az Aktual.ge-yə istinadla bildirir ki, hadisə 22 oktyabr gecə saatlarında baş verib.
Mövcud məlumata əsasən, naməlum şəxs və ya şəxslər əvvəlcə iş adamının evini odlu silahla gülləbaran ediblər. Hadisə nəticəsində evə ziyan dəyib, pəncərələr sınıb. Daha sonra isə evə əl qumbarası atılıb. Qorxunc hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb.
Səhər saatlarından evin ətrafı hüquq-mühafizə orqanları tərəfindən sarı lentə alınıb və araşdırma aparılır.
Aktual.ge məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışır.