"Bu hadisə bizi ciddi şəkildə narahat edir"
    • 24-10-2024, 11:15
    • 418

"Bu hadisə bizi ciddi şəkildə narahat edir"

Türkiyədə baş verən terror hadisəsi bir daha onu göstərdi ki, heç bir dövlət terrordan sığortalanmayıb. 

Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov News24.az-a açılmasında deyib. Onun sözlərinə görə hər bir dövlət zaman-zaman belə terror hadisələrinə məruz qalır: 

“Uzun zamandır Türkiyədə belə hadisələr olmurdu, amma təəssüflə qeyd etmək lazımdır ki, bu gün Türkiyə belə bir xəbərlə silkələndi. Biz inanırıq ki, Türkiyə bu çətinlikdən də, bu problemdən də tez bir zamanda xilas ola biləcək və terrorçular aşkar olunub cəzalandırılacaq. 

Türkiyə bizim üçün önəmli bir ölkədir, Azərbaycan və Türkiyə dostdur, qardaşdır. Türkiyənin sevinci də bizimdir, kədəri də bizimdir. 

Ona görə də Türkiyədə baş verən hadisə bizi ciddi şəkildə narahat edir. Görünür müəyyən qüvvələr Türkiyəyə təzyiq etmək üçün, Türkiyəni qarışdırmaq üçün belə addım atırlar. Ancaq onlar bilsin ki, heç bir məqsədə nail ola bilməyəcəklər, Türkiyə söz hədəflərinə, məqsədlərinə doğru gedəcək və bu terrorun da günahkarları tapılaraq mütləq cəzalandırılacaq. Eyni zamanda terrorun kökünü kəsmək üçün lazımi addımlar atılacaq ”, - deyə o bildirib. 

Qeyd edək ki, bu gün Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktı nəticəsində dörd nəfər ölüb, 14 nəfər yaralanıb.


Ağa