Əli Həsənov: "İki il əvvəl Türkiyədə baş verənlərlə bu il Gəncədə baş verənlər oxşardır"
    • 16-07-2018, 12:32
    • 824

Əli Həsənov: "İki il əvvəl Türkiyədə baş verənlərlə bu il Gəncədə baş verənlər oxşardır"

Türkiyədə 2016-cı ilin iyulun 15-də baş verən hadisələrdə xalqın iradə ortaya qoyması qürurvericidir. Bu, qəhrəmanlıq səlnaməsidir”.
Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyədə dövlət çevrilişinə cəhdin ikinci ildönümü ilə əlaqədar keçirilən anım təbirində deyib.

Ə.Həsənov Türkiyədə baş verənlərin bu il Gəncədə baş verən iğtişaşlarla oxşar olduğunu vurğulayıb: “Gəncədə xainlər dövlətçiliyə əl qaldırmaq istədilər. Onlar iki polis zabitini qətlə yetiriblər. Həmin qüvvələr məqsədlərinə nail ola bilmədilər. Bunlar Türkiyədə baş verən hadisə ilə oxşardır. 15 iyul gecəsini Azərbaycan Prezidenti və xalqı həyacanla seyr etdi. Biz bu məsələdə Türkiyəyə lazımi dəstəyi verdik, Türkiyə xalqının yanında olduq. 1990-cı ilin yanvarında Azərbaycana faciə yaşadanlar ermənilər, erməni xisləti olanlar idi. Amma Türkiyədəki hadisələri törədənlər ölkə ilə bağlılıqları var idi. Bütün hallarda millətin iradəsinə qarşı gedənlər məğlub olurlar”.

O qeyd edib ki, millətin üzərinə tankla, silahla getmək olar, amma milli iradə ortadadırsa, həmin mllətə qalib gəlmək mümkünsüzdür: “Millətin iradəsi ona rəhbərlik edən şəxsin simasında ifaə olunması dövlətin qüdrətini göstərir. Azərbaycan Türkiyə ilə qardaş dövlətdir, hər iki ölkə bir-birinə dəstək verir. Yaşasın, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu!”