1 dəqiqədə 37 düyü yedi - YENİ REKORD
    • 24-10-2024, 23:26
    • 398

1 dəqiqədə 37 düyü yedi - YENİ REKORD

Banqladeşdən olan bir qadın Çin yemək çubuqları ilə bir dəqiqədə 37 dənə düyü yeyərək Ginnesin rekordunu qırıb.

News24.az xəbər verir ki, bu barədə UPI yazıb. 

Rekordçunun adı Sumaya Xandır və onun 24 yaşı var. O, çubuqlardan istifadə edərək bir dəqiqə ərzində 37 düyü dənəsi ayrı-ayrılıqda yeyərək yeni rekorda imza atıb. Qadının özü bir neçə ildir ki, yalnız bu bıçaqla yemək yediyini bildirib.

"Mən fəxr edirəm ki, belə bir nəticə əldə edə bildim və əhəmiyyətli bir işin bir hissəsi oldum" deyib.

O, ramen və Koreya mədəniyyətinə olan sevgisindən ilhamlanaraq çubuqlardan istifadə etməyə başladığını bildirib.

Məryəm İlhamqızı