Düyü böhranı: Limitlə satılacaq
    • Bu gün, 19:56
    • 127

Düyü böhranı: Limitlə satılacaq

Təbii fəlakətlər və turist axını Yaponiyada düyü böhranına səbəb olub. Mağazaların rəfləri kifayət qədər ehtiyat olmadığı üçün boş qalıb. Bəzi mağazalar isə müştərilərə məhdudiyyət qoyulub, düyü limitlə satılır.

News24.az Publika.az-a istinadla xəbər verir ki, ötən ay Yaponiyada 7,1 bal gücündə zəlzələ baş verib. Buna görə də ölkədə ciddi düyü qıtlığı müşahidə olunur.

Yaponiyada özəl sektorun əlində olan düyü ehtiyatı iyun ayında 1,56 milyon tona düşüb. Bu da 1999-cu ildə bu sahədə məlumatların toplanmasının başlanmasından bəri ən aşağı səviyyədir.

Hər il orta hesabla 100 min ton azalan düyü tələbatı əvvəlki ilə nisbətən 110 min ton artaraq 2024-cü ilin iyun ayına qədər olan 1 illik dövrdə 7,02 milyon tona çatıb.

Düyü tələbinin artmasının səbəbləri arasında rekord sayda xarici ziyarətçi və iqlim şəraiti ilə əlaqədar təklifin azalması olub.