-
- 24-10-2024, 20:47
- 484
Bütün dünyada təklik epidemiyası yayılır
Hər il minlərlə Cənubi Koreyalı (əsasən orta yaşlı kişilər) ailəsi və dostları ilə əlaqəsi kəsilərək səssizcə və tək ölür.
News24.az xəbər verir ki, onların cəsədlərinin tapılması bəzən günlər, hətta həftələr çəkir.
Bunlar Koreya dilində "qodoksa" kimi tanınan ölkənin "tənha ölümləri" kimi qeyd olunur.
Tənha ölümlər ölkə daxilində daha böyük təklik və təcrid probleminin bir hissəsidir. Hökumət bununla mübarizə aparmaq üçün əlindən gələni edir.
Paytaxt Seulda şəhər rəsmiləri “heç kimin tək qalmayacağı bir şəhər yaratmaq” üçün qarşıdakı beş il ərzində 451,3 milyard von (təxminən 327 milyon dollar) xərcləyəcəklərini açıqlayıblar.
Metropoliten rəhbərliyindən verilən məlumata görə, yeni təşəbbüslər arasında 24/7 qaynar xətt üzərində işləyən tənhalıq üzrə məsləhətçilər, oxşar məsləhətlər üçün onlayn platforma, eləcə də şəxsən ziyarətlər və məsləhətlər kimi təqib tədbirləri daxildir.
Günel Məlikzadə