Hakerlərdən hücum: 3 milyard dollar...
    • 5-03-2024, 16:37
    • 263

Hakerlərdən hücum: 3 milyard dollar...

Cənubi Koreya ölkədəki iki çip istehsal edən şirkətin Şimali Koreyalı hakerlər tərəfindən məlumatlarının oğurlandığını açıqlayıb.

News24.az xəbər verir ki, Cənubi Koreya Milli Kəşfiyyat İdarəsi (NIS) tərəfindən edilən yazılı açıqlamada, sözügedən hakerlərin 2023-cü ilin dekabrında və keçən ayda iki çip avadanlığı şirkətinin serverlərinə sızaraq onların məhsul dizaynlarını və fotoşəkillərini oğurladıqlarını bildiriblər.

Açıqlamada Şimali Koreyalı hakerlərin ölkənin silah, raket və peyk proqramları üçün Cənubi Koreyanın çip istehsalçılarının məlumatlarının sındırılmış ola biləcəyinə diqqət çəkilərək, “Şimali Koreya sanksiyalara görə əldə etməkdə çətinlik çəkdiyi çipləri istehsal etməyə hazırlaşır" qiymətləndirməsi edilib.

NIS-in açıqlamasında çip və çip hissələri istehsal edən şirkətlərə kiberhücumlara qarşı lazımi tədbirləri görmələri barədə xəbərdarlıq edilib.

Şimali Koreyalı hakerlərin Cənubi Koreya başda olmaqla bir çox ölkənin virtual varlıqlarına, rəsmi sənədlərinə və müdafiə sənayesi fəaliyyətlərinə qarşı hücumlar təşkil etdiyi məlumdur.

Digər tərəfdən, sözügedən hakerlərin 2016-cı ildən bəri təxminən 3 milyard dollar dəyərində virtual aktivləri oğurladığı bildirilir.

Beynəlxalq müşahidəçilər oğurlanan bu pulların Şimali Koreyanın sanksiyalara məruz qalan nüvə və raket proqramlarına köçürüldüyünü qeyd ediblər.

Günel Məlikzadə