-
- 14-06-2024, 20:44
- 975
Tənhalıq bu xəstəliklərə SƏBƏB OLUR
Pensilvaniya Dövlət Universitetinin (ABŞ) alimləri müəyyən ediblər ki, qısa müddətli tənhalıq yaşayan insanlarda ümumi yorğunluq, baş ağrıları və ürək bulanması daha çox olur.
News24.az "Unikal"-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri "Health Psychology" jurnalında dərc olunub.
Bildirilir ki, təkliyin uzunmüddətli sağlamlıq təsirlərinə ürək xəstəliyi riskinin 29%, insult riskinin 32% və demans riskinin isə 50% artması daxildir. Özünü tez-tez tənha hiss edən insanlarda depressiya və digər psixi sağlamlıq problemlərinin yaranması ehtimalı daha yüksəkdir.
Hazırkı araşdırmada tədqiqatçılar müəyyən ediblər ki, hətta qısa müddətli təklik də insanın fiziki rifahına mənfi təsir göstərə bilər. Bu nəticələr 35-65 yaş arası 1 538 könüllü arasında səkkiz günlük sorğudan sonra əldə edilib. İştirakçılardan özlərini tənha hiss edib-etmədiklərini bildirmələri, stress səviyyələrini və əhval-ruhiyyələrini qiymətləndirmələri istənilib. Tədqiqatçılar iştirakçıların özlərini tənha kimi səciyyələndirdiyi dövrlərin müddətini və tezliyini müəyyən etməyə diqqət yetiriblər. Alimlər həmçinin iştirakçıların “tənha” dövrlərdə fiziki rifahının necə dəyişdiyini qeyd ediblər.