-
- 25-07-2024, 23:00
- 257
Seulda şar krizi: Yanğına səbəb oldu
Cənubi Koreya ilə Şimali Koreya arasında şar davası davam edir.
News24.az xəbər verir ki, Cənubi Koreya rəsmi olaraq Şimali Koreyanın son 24 saat ərzində Cənubi Koreyaya təxminən 500 şar göndərdiyini və hava şarlarının Seulda uçuşların qarşısını aldığını bildirib.
Koreya Hava Limanları Assosiasiyasından verilən açıqlamada dünən axşam saatlarında hava şarları ilə əlaqədar Seulun Gimpo hava limanında təyyarələrin yola salınması və enişində 2 saat gecikmə olduğu bildirilib.
Bildirilib ki, ölkənin Gyeonggi əyalətində hava şarı binanın damında yanğına səbəb olub.
Eyni zamanda, son həftələr ölkənin mərkəzi olan İnçon hava limanında tez-tez hava əməliyyatlarının həyata keçirildiyi qeyd edilib.
Günel Məlikzadə