Qəzəbli ər arvadını, sonra isə özünü..
    • 24-10-2024, 21:45
    • 338

Qəzəbli ər arvadını, sonra isə özünü..

Türkiyədə yaşayış binasında Atilla Biricik (44) həyat yoldaşı Fatma Biriciki (40) naməlum səbəbdən ov tüfəngi ilə güllələyib.

News24.az xəbər verir ki, silah səslərini eşidən ətrafdakılar vəziyyəti xəbər verdikdən sonra hadisə yerinə təcili yardım və polis qrupu göndərilib.

Sağlamlıq qrupları tərəfindən aparılan yoxlamalar zamanı ağır yaralı olduğu müəyyən edilən qadın təcili yardımla xəstəxanaya aparılıb.

Atilla Biricikin hadisədən sonra eyni tüfənglə avtomobilində, ünvandan təxminən 200 metr aralıda i*tihar etdiyi müəyyən edilib.

Polisin hadisə yerində araşdırmaları davam edir.

Günel Məlikzadə