74 yaşlı ata dəhşət saçdı: OĞLUNU VƏ HƏYAT YOLDAŞINI...
    • 5-10-2024, 10:31
    • 306

74 yaşlı ata dəhşət saçdı: OĞLUNU VƏ HƏYAT YOLDAŞINI...

Türkiyədə 74 yaşlı kişi oğlunu və həyat yoldaşını güllələyib.

News24.az DHA-ya istinadən xəbər verir ki, hadisə Antalyanın Alanya bölgəsində yaşanıb. 

74 yaşlı Hüseyn Ünal ilə oğlu Hasan Ünal naməlum səbəbdən mübahisə edib. Həmin vaxt H.Ünal oğlu Hasan Ünalı, daha sonra isə həyat yoldaşı Saniye Ünalı silahla vurub.

Silah səsini eşidən qonşular təcili yardıma zəng ediblər. Hadisə yerinə jandarma və sağlamlıq qrupları gəlib. Həkimlər tərəfindən aparılan müayinədən sonra başından güllə yarası alan 43 yaşlı Hasan Ünalın öldüyü müəyyən edilib.

Ağır yaralanan Saniye Ünal təcili yardımla Alanya Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Jandarma qrupları Hüseyn Ünalı nəzarətə götürüb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Teymur Məmmədov