Ər arvadını, qayınata kürəkənini VURDU
    • 19-09-2024, 19:25
    • 339

Ər arvadını, qayınata kürəkənini VURDU

Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.

Bir müddət əvvəl həyat yoldaşı ilə dava edən R.O. (30) ata evində məskunlaşan həyat yoldaşı Fadimana Ok ilə görüşmək istəyib. 

News24.az xəbər verir ki, qadın görüşməkdən imtina etdikdən sonra R.O qayınatasının evinə gedib. 

Burada o, avtomobildə həyat yoldaşının çıxmasını gözləyib. Atası ilə həyat yoldaşının çıxdığını görən R.O, maşından düşərək arvadını silah ilə vurub.

Qadın qan içində yerə yıxılarkən ata da belindəki silahı çıxararaq kürəkəninə atəş açıb. Qadın və əri yaralanarkən, silah səslərini eşidən məhəllə sakinləri vəziyyəti polisə xəbər veriblər. Qısa müddətdə hadisə yerinə gələn tibb qrupları yaralı ər və arvada ilkin tibbi yardım göstəriblər.

Xəstəxanaya aparılan yaralılardan Fadimana Ok bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib və həyatını itirib. Ağır yaralanan əri R.O. müalicə olunarkən həyatının təhlükədə olduğu öyrənilib. Hadisə yerində araşdırma aparan polis qrupları itkin qayınata R.A.-nın arxasınca gedərkən, hadisə ilə bağlı Aksaray Respublika Prokurorluğu tərəfindən araşdırma başladılıb.

Məryəm İlhamqızı


News24.az

Qaynar xətt: 099 270 77 77