Ailə faciəsi: 3 ölü
    • 4-07-2024, 21:20
    • 401

Ailə faciəsi: 3 ölü

Çanaqqalada İsmayıl Çakmak həyat yoldaşı və uşağını öldürərək intihar edib.

News24.az xəbər verir ki, santexnik İsmail Çakmakla tibb katibi Filiz Çakmak arasında naməlum səbəbdən mübahisə düşüb.

Mübahisə böyüdükcə İsmayıl Çakmak arvadı və 11 yaşlı oğlu B.Çakmakı ov tüfəngi ilə öldürüb, sonra isə intihar edib.

Səsləri eşidən qonşular xəbər verdikdən sonra hadisə yerinə polis və tibb qrupları sövq edilib.

Hadisə yerində aparılan araşdırma zamanı İsmayıl Çakmak, həyat yoldaşı və uşağının həyatını itirdiyi müəyyən edilib.

Hadisə yerində araşdırmalar davam edir.

Günel Məlikzadə