-
- 6-08-2018, 14:16
- 974
Tomas Edisonun ruhlarla danışan cihazı — Tarixin gizli qatları
Məşhur amerikalı fizik Tomas Edisonu bir çoxu ağlını itirmiş saysa da, əslində bu belə deyildi.
Edisonun mindən çox ciddi cihaza aid patenti var və bunların bir çoxu elmdə əsl inqilaba səbəb olub. Amma bununla yanaşı, Edisonun o biri aləmlə rabitəsi də var idi. Bunu Albert Eynşteyn və Nikola Tesla da deyirdi.
Elmi dairələrdə Edison perfeksionist və zəhlətökən kimi qəbul edilirdi. Tomas beyninə qoyduğu heç bir ideyadan imtina etmirdi. Əgər o, samanlıqda iynə axtarmaq fikrinə düşürdüsə, hər saman çöpünü qaldırıb baxmalı, iynə axtarmalı idi.
Edisonun yanına işə düzəlmək də çətin idi. Ensiklopedik biliklərə sahib Tomas namizədlərdən fantastik tələblər edirdi. Bir dəfə o, Albert Eynşteynə gənclərin səfehliyi barədə şikayət edir. Albert işə qəbul ediləcək şəxslərə ünvanlanan suallar siyahısına baxır və 5 dəqiqədən sonra deyir: “Mən sizin yox cavabınızı gözləməyəcəm və namizədliyi geri çəkəcəm”.
Görəsən Edisonu ruhlarla əlaqə qurmağa nə vadar edib? O, “ruhfon” adlı qurğunu da hazırlayıb. Bu barədə onun memuarlarında qeydlər var. Memuarlar isə bu yaxınlarda, ötən ilin mart ayında Fransada təqdim edilib.
Tomas deyirdi ki, təbiətdə bütün informasiya mübadiləsi elektro maqnit əsasında aparılır. Bu zaman istənilən ruh ölümdən sonra insanlarla əlaqəyə girməyə çalışır. Onlarla rabitə üçün isə çox həssas telefon aparatı lazımdır. 1870-ci ilin sonunda Edison mühəndis Uilyam Uolter Dinuiddi ilə müqavilə bağlayır. Müqaviləyə əsasən, onlardan hansı birinci ölsə, digərinə o biri dünyadan ismarıc göndərməli idi.
“Ruhfon”un hazırlanması üçün 8 kilo qızıl, 20 kilo gümüş və 150 qram platindən istifadə edilib. Qızıldan qəbuledici membranı, mikrofon kapsulları hazırlanırdı. Gümüşdən isə naqillər düzəlirdi. Platindən isə elektrovakkum triodlarının plastin katodu hazırlandı. Naqillərin hazırlanmasına 300 kilo mis istifadə edildi. Deyilənlərə görə, qurğuya görə patent alınmışdı. Deməli ideya həyata keçirilmişdi? Müasir fiziklərin məsələ ilə bağlı öz fkirləri var.
Birdən “ruhfon” zəng çaldı. 2009-cu ildə qəribə telefon aparatı Edisonun iki uzaq qohumunda üzə çıxdı. Onlardan biri Nyu-Yorkda, digəri isə Dehlidə yaşayırdı. Aparatlar müasir telefon şəbəkəsinə birləşməmişdi.
Deyilənə görə, aparat vasitəsilə Edisonun qohumları ölmüş doğmaları ilə danışıblar. Amma elmi cəhətdən bu sübut edilməyib...
Ölkə.az