Tovuzda iki qardaş faciəvi şəkildə öldü
    • 25-10-2024, 10:07
    • 440

Tovuzda iki qardaş faciəvi şəkildə öldü

Tovuz rayonunda iki qardaş faciəvi şəkildə həyatını itirib.

News24.az xəbər verir ki, Tovuz rayonu Əsrik Cırdaxan kəndinə yas mərasiminə gedən 1952-ci il təvəllüdlü Rafiq Bayramov və qardaşı, 1961-ci il Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıblar.

Onlar gecə dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.