Şimal işıqlarını gördüyü üçün sevindi, pomidor fabriki çıxdı
    • 25-10-2024, 21:38
    • 287

Şimal işıqlarını gördüyü üçün sevindi, pomidor fabriki çıxdı

İngiltərənin Suffolk şəhərində yaşayan 56 yaşlı Di Harrison səhər işə gedərkən səmada "Şimal İşıqları"na bənzər parıltı görəndə həyəcanlanıb. Lakin o, bənövşəyi-qırmızı parıltının əslində pomidor fabrikindən çıxan LED işıqları olduğunu başa düşəndə məyus olub.

News24.az xəbər verir ki, Branford kəndində maşın sürərkən bu parıltını görən Harrison sosial media hesabında mənzərəni paylaşıb: "Məncə, bu bir auroradır, daha əvvəl heç görməmişdim".

Lakin tezliklə məlum olub ki, işıqlar Suffolkdakı bir pomidor fabrikindən gəlib.

Harrisonun paylaşımına cavab verən 34 yaşlı Adam Kotterell deyib: "Bu işıqlar yerli pomidor fabrikindən gəlir. Duman və ya bulud olanda işıqlar qırmızı parıltı yaradır".

Qeyd edək ki, bu cür qarışıqlıq əvvəllər də olub.

Məryəm İlhamqızı