-
- 25-10-2024, 11:35
- 717
"Qarabağ" pul xərcləməyəndə legionerlər də özlərini arxayın hiss edir
"Qarabağ" Avrokuboklarda ardıcıl 5-ci məğlubiyyətini aldı. Etiraf edək ki, "Qarabağ" ötən ilkindən zəif çıxış edir. Ardıcıl məğlubiyyətlər "Qarabağ"ı qəflət yuxusundan oyatmır.
“Ludoqorets” səfərində ağdamlıların vurduğu 7 qolun protokolu 2 aydan çoxdur ki, xatirə dəftərimizdədir.
O vaxtdan bu tərəfə cürbəcür məğlubiyyətlərı sıralayırıq. Heç kim deməsin ki, milli çempionat zəifdir, "Qarabağ" UEFA Çempionlar Liqasının qrupunda düşəndə demək olar Azərbaycan yox, "Bakı çempionatı" idi, indiyə şükürlər olsun.
"Qarabağ" ildən-ilə inkişaf edir, tək maddi yox, eyni zamanda Avropada tanınır, ciddi rəqiblər üçün ciddi rəqib hesab olunur. Ancaq hazırkı uğursuzluğun səbəbləri başqadır.
İlk növbədə maliyyə amili. "Qarabağ" "boxça"nın ağzını açıb bir neçə güclü oyunçu transfer etsəydi bu gün qarşıya daha ümidlə baxardıq. Yoxsa ki, Romaonun aldığı qırmızı vərəqəyə görə komandanın planları alt-üst olmazdı, növbəti oyun üçün isə onun mövqeyə hansı oyunçu oynasın deyə "düşüncələr"ə qapılmazdıq, o da yaxşı bilir ki, əsas heyət üzvüdür, çətin ki, onun "postunu" kimsə əlindən ala bilsin.
Eyni zamanda bu sözlər Medina, Andradeyə də aiddir. "Qarabağ"ın əksər legionerləri hazırda özlərini "ulduz" futbolçu bilir, yerləri möhkəmdir axı...
Nə onları əvəz edəcək güclü legioner var, nə də "Qarabağ"ın möhkəm akademiyası var.
İllərdir klubun aşağı yaş qrupları üzrə komandaları köçəri məşq edir. Hər yaş qrupu bir stadionda, akademiya Bakı şəhərində sanki filiallar açıb. ÇL-nın qrupuna düşəndə kompakt akademiya qurulsaydı indi azı "Qarabağ"ın 2 yetirməsi heyrətdə yer alıb legionerləri məsuliyyətli olmağa sövq edərdi.
Bu gün rahat deyə bilərəm ki, daha 3-5 il "Qarabağ"ın legionerlərinə rəqabət aparacaq yerli futbolçular olmayacaq. İlk növbədə akademiya bir yerə yığışsın, qalan məsələləri müzakirə edərik.
Qurban Qurbanov istər-istəməz yorulur, bəzən eyni problemlər, bəzən də yeni doğulan problemlər təbii olaraq ab-havaya mənfi təsir edir.
Qurbanovun dediyi kimi, bütün klubların eniş nöqtəsi olur, bu gün "Qarabağ" eniş yaşayır. Hazırda AL-ın Liqa Mərhələsində xal qazanmayan tək-tük klublardan biriyi, eyni zamanda sonuncu, yəni autsayder.
Düzdür, uzun zaman "Qarabağ" futbolumuzu çiyinləri üzərində aparıb. Ancaq bunun davamı olmalıdır, mütləqdir, zəruridir.
Yetəri qədər əsas var ki, "Qarabağ" uğurlu fəaliyyətini davam etdirməlidir, azarkeşlərini, futbol ictimaiyyətini sevindirməlidir.
Qeyd edirəm ki, futbolçuların intizamsılığı kifayət qədərdir, demək olar vacib oyunlarda azlıqda qalır. Qırmızı vərəqələr oyunun "sınma" nöqtəsi olduğunu məyər intizamsız futbolçular bilmir? Yoxsa zəhmətin yerə vurmaq hobbiyə çevirilib?
Ümid edirəm ki, "Qarabağ" əzəmətli, əzmkar olacaq. Ancaq maliyyə ayırıb yaxşı futbolçular transfer etməsə, akademiyanı üst səviyyəyə çatdırmasa təəsüflə qeyd edirəm ki, yaxın gələcək barədə müsbət danışa bilməyəcəyik.
Ağa