“Qarabağ” - “Lüdoqorets” oyununun vaxtı açıqlandı
    • Bu gün, 11:28
    • 59

“Qarabağ” - “Lüdoqorets” oyununun vaxtı açıqlandı

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində keçirəcəyi hər iki oyunun vaxtı bəlli olub.

News24.az xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Qurban Qurbanovun yetirmələri ilə “Lüdoqorets” arasında ilk matç avqustun 6-da Bakıda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.

Ayın 13-də Bolqarıstanda baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 22:00-da veriləcək.

Qeyd edək ki, II təsnifat mərhələsində “Qarabağ” “Linkoln”u, “Lüdoqorets” isə Minsk “Dinamo”sunu mübarizədən kənarlaşdırıb.//teleqraf