Jurnalistləri işdən çıxarıb, süni intellektli aparıcılar gətirdilər
    • 25-10-2024, 22:58
    • 360

Jurnalistləri işdən çıxarıb, süni intellektli aparıcılar gətirdilər

Polşa radiostansiyası jurnalistləri işdən çıxarıb süni intellekt (AI) tərəfindən yaradılan aparıcılarla yenidən yayıma başlayanda ümummilli müzakirələrə səbəb olub.

News24.az xəbər verir ki, Krakovda yerləşən OFF Radio bu həftənin əvvəlində efirə qayıdıb və bunun "Polşada jurnalistlərin virtual personajlar kimi süni intellekt tərəfindən istehsal olunduğu ilk təcrübə" olduğunu elan edib.

Stansiya bildirib ki, üç süni avatar xüsusi olaraq gənc dinləyicilərə çatmaq, mədəniyyət, incəsənət və sosial mövzularda çıxışlar etmək məqsədi daşıyır.

Telekanalın meneceri Marcin Pulit belə açıqlama verib: "Süni intellekt media, radio və jurnalistika üçün fürsətdir, yoxsa təhlükədir? Biz bu suala cavab axtaracağıq".

Həmçinin telekanalın meneceri Pulit jurnalistlərin süni intellektə görə işdən çıxarılmadığını, dinləyicilərin sayının demək olar ki, sıfır olduğu üçün belə bir addım atdıqlarını müdafiə edib.

Məryəm İlhamqızı