-
- 15-07-2024, 19:53
- 1 468
Süni intellektlər üçün reytinq sistemi yaradılıb - Ən ağıllı hansıdır?
"ChatGPT" "Sora" və "Dall-E" kimi süni intellekt alətləri təqdim edən "OpenAI" süni intellekt sistemlərinin nə qədər ağıllı olduğunu müəyyən etmək üçün yeni kateqoriya sistemi yaradıb.
News24.az ednews-a istinadla bildirir ki, bunun üçün Səviyyə 1-dən Səviyyə 5-ə qədər dəyişən sistemdən istifadə edəcək.
Bu sistemə görə, "ChatGPT" kimi alətlər 1-ci səviyyədədir. Şirkət 2-ci səviyyəyə doğru irəlilədiklərini qeyd edib.
Səviyyə 1: Bugünkü çat-botlar
Səviyyə 2: PhD (elmi-işçi) səviyyəsində biliyə malik süni intellekt sistemləri
Səviyyə 3: İstifadəçi adından hərəkət edə bilən süni intellekt
Səviyyə 4: Yeni ixtiralar edə bilən süni intellekt
Səviyyə 5: Bütün bəşəriyyətin tapşırıqlarını yerinə yetirməyə qadir olan süni ümumi intellekt (AGI)