Yaşın "bir ayaq" ilə ölçülməsi - MARAQLI
    • 25-10-2024, 23:58
    • 525

Yaşın "bir ayaq" ilə ölçülməsi - MARAQLI

Sadə bir “bir ayaq tarazlığı testi” bioloji olaraq neçə yaşda olduğunuzu müəyyən edir. 

News24.az xəbər verir ki. ABŞ-nin Mayo Klinikasından olan tədqiqatçılar müəyyən ediblər ki, bir ayağınız üzərində tarazlıq saxlaya bilməyiniz sümüklərinizin, əzələlərinizin, sinirlərinizin güc və zəifliyini göstərir. 

Tədqiqatda 50-80 yaş arası sağlam iştirakçılar sınaqdan keçirilib. Nəticədə 50 yaşlı kişinin bir ayağı üzərində 9 saniyə, 60 yaşlı kişinin 7 saniyə, 70 yaşlı kişinin 4,5 saniyə, 80 yaşlı kişinin isə bir ayağı üzərində 2,6 saniyə tarazlığı saxlaya bildiyi görülüb.

Tədqiqatçılar bu testin bioloji yaşı təyin etmək üçün pulsuz bir üsul olduğunu bildiriblər.

İstənilən yerdə edilə bilər

1. Dik durun.

2. Bir ayağınızı yerdən qaldırın və taymeri işə salın.

3.Qaldırılmış ayağınızın yerə toxunduğu vaxtı dayandırın.

4. Bir ayağınızda nə qədər tarazlıq saxlaya bildiyinizə baxın.

Normal balans cədvəli

Yaş Saniyələri

50 - 9

60 - 7

70 - 4.5

80 - 2.6


Məryəm İlhamqızı