-
- 21-06-2022, 17:34
- 634
Bu şəxslər daha tez ölür?- ARAŞDIRMA
Böyük Britaniya, ABŞ, Avstraliya, Finlandiya və Braziliyadan olan beynəlxalq alimlərdən ibarət qrup 12 illik araşdırmaları başa vurub. Tarazlıq və ölüm arasındakı əlaqəni araşdıran mütəxəssislərin əldə etdikləri nəticələr bütün dünyanın diqqətini çəkib.
News24.az "Hürriyet"ə istinadla xəbər verir ki, British Journal of Sports Medicine jurnalında dərc edilən araşdırmaya görə, bir ayağı üzərində 10 saniyə tarazlığı saxlaya bilməyən orta yaşlı və yaşlı insanların 10 il ərzində ölmə ehtimalı digər insanlara nisbətən iki dəfə çoxdur.
Araşdırmaçıların fikrincə, insanların tarazlığı nə qədər yaxşı saxlaması onların sağlamlıqları haqqında ciddi ipucu verə bilər. Bəs balans sağlamlığımızla bağlı bizə hansı mesajları verir?
Əvvəlki araşdırmalar bir ayaq üzərində tarazlığı saxlaya bilməməyin insult riski ilə əlaqəli olduğunu ortaya qoydu. Həkimlər də bunun "demans" ilə əlaqəli ola biləcəyini düşünür və tarazlığı zəif olan insanların zehni testlərdə daha pis performans göstərdiyini vurğulayırlar .
Aerobik fitness, əzələ gücü və elastiklikdən fərqli olaraq, tarazlıq 60 yaşa qədər yaxşı saxlanılır. Lakin bu yaşdan sonra sürətli eniş müşahidə olunur.
Tədqiqat üçün 2008-2020-ci illər arasında 51-75 yaş arası sabit yerişi olan cəmi 1702 nəfər izlənilib və bu, təəccüblü nəticələr verib.
Tədqiqatçılar iştirakçılardan qollarını yanlara açaraq düz irəli baxaraq tək ayaq üstə durmalarını xahiş ediblər. Hər ayaq üçün insanlara üç dəfə cəhd etmək şansı verildi. İştirakçıların beşdə biri (təxminən 21 faiz) bir ayaqla duruş testindən keçə bilməyib.
Sonrakı 10 ildə iştirakçılardan 123-ü müxtəlif səbəblərdən dünyasını dəyişib. Tədqiqatçılar bu ölümlərə əsaslanaraq, 10 saniyə dayaq olmadan tək ayaq üstə dayana bilməyənlərin ölüm riskinin 84 faiz daha çox olduğunu aşkar ediblər.
Hesablamalar zamanı xəstələrin yaşı, cinsi və əsas şərtləri nəzərə alınıb.
Qeyd edək ki, iştirakçıların hamısının braziliyalı olması səbəbindən tədqiqatın məhdud olduğunu qəbul edən tədqiqatçılar bu nəticələrin başqa ölkələrdə eyni nəticəni verməyə biləcəyinə diqqət çəkirlər.