"İmkan axtarırlar ki, bizə necəsə təsir etsinlər" - Sabiq xarici işlər naziri
    • 25-10-2024, 17:46
    • 310

"İmkan axtarırlar ki, bizə necəsə təsir etsinlər" - Sabiq xarici işlər naziri

Son zamanlar Avropa və qərbin Azərbaycana qarşı təzyiqləri müntəzəm xarakter alıb.

Mövzu ilə bağlı sabiq xarici işlər naziri Tofıq Zülfüqarov News24.az-a açıqlama verib. 

Onun sözlərinə görə Avropanın bəzi elitalarının hissələri müxtəlif səbəblərə görə Azərbaycana təzyiq edirlər:

"Azərbaycana qarşı olan təzyiqlər müvəqqəti bir haldır, çünki Avropa, ümumiyyətlə qərbin Azərbaycanda müxtəlif sahələrdə çox böyük maraqları var. Əminəm ki, indiki mərhələ də müvəqqətidir, yəni biz başa düşməliyik ki, bir çox dünya oyunçuları öyrəşiblər ki, münaqişələləri və digər prosesləri bu və ya digər şəkildə öz xeyirlərinə istifadə etsinlər. İndi isə yeni üslüblar və imkanlar axtarırlar ki, bizə hansı formada təsir etsinlər. Hazırda biz bu mərhələni yaşayırıq”.                                              

Ağa