-
- 25-10-2024, 21:13
- 522
Həkim açıqladı: Bu beyni daha tez qocaldır
ABŞ-da aparılan yeni bir araşdırma, keyfiyyətsiz yuxu ilə beynin sürətli qocalması arasında əhəmiyyətli əlaqənin olduğunu aşkar edib.
News24.az xəbər verir ki, "Neurology"də dərc olunan araşdırmaya görə, pis bir gecə yuxusunun daha sonrakı həyatda beyin yaşına təsir edə biləcəyi ortaya çıxıb.
Tədqiqatçılar 15 il ərzində 600-ə yaxın insanı qiymətləndiriblər.
Məlum olub ki, bu qeyri-sağlam yuxu vərdişlərinin əksəriyyətinə sahib olan yüksək qrupdakı insanların orta beyin yaşı aşağı qrupdakılardan 2,6 yaş böyükdür.
Araşdırmalara görə, çox yatanların 2-ci tip diabet, ürək-damar xəstəlikləri, koroner ürək xəstəliyi və insult kimi müxtəlif xəstəliklərə tutulma riski yüksəkdir.
Günel Məlikzadə