Şirvanda qadın doğum zamanı öldü
    • 26-10-2024, 06:46
    • 354

Şirvanda qadın doğum zamanı öldü


Şirvan doğum evində ana ölümü qeydə alınıb.

News24.az APA-ya isinadən xəbər verir ki, Şirvan sakini, 1998-ci il təvəllüdlü Yusubova Səma Əlişükür qızı 13 gün əvvəl qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib.

Evə buraxılan ananın sonradan vəziyyəti pisləşib. Doğum evinə yerləşdirilən qadının həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Qadının meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.