-
- 26-10-2024, 18:35
- 418
Gənc aktrisa QƏZƏBLƏNDİ: “Bunlar nə yeyir, nə içir, görəsən?!”
“Həyatımda belə psixi, anormal, şiddət göstərən insanla qarşılaşsam, əsla münasibəti davam etmərəm”.
News24.az xəbər verir ki, bu sözləri Yenicag.az-a açıqlamasında gənc aktrisa Lena Xosrovova deyib.
ATV kanalında yayımlanan “Əlvida Xoşbəxtlik” serialında narkoman, psixikasında problemlər olan, sevdiyi qıza şiddət göstərən bir oğlanla sevgili olan aktrisa “Həyatda belə bir durumla üzbəüz qalsanız, hansı addımı atardınız” sualını da cavablandırıb.
O, valideynlərə səslənərək, onlara çağırış edib:
““Əlvida xoşbəxtlik” serialında sevgilimlə natamam münasibətimiz var. Psixopat, kobud, məni əzən, alçaldan birini sevirəm. Çünki Nəzrin düşünür ki, Orxanın həyatda şansı gətirmədiyi üçün belədir, nə vaxtsa düzələcək. Obrazım qısa bir vaxtda sosial şəbəkələrdə maraqla qarşılanıb. Getdiyim məkanlarda deyirlər, yazıqsan, o oğlandan uzaq dur. Əslində, bu, bir obrazdır. Amma həyatda Nəzrinin taleyini yaşayan çox qızlarımız var. Təəssüflər olsun ki, qadın, uşaq qətllərinin gündən- günə çoxaldığı cəmiyyətdə yaşayırıq. Sosial şəbəkələrə daxil olmaq olmur, hər yerdə qadın qatilləri haqqında xəbərlər yayılır. Adam dəhşətə gəlir. Bunlar nə yeyir, nə içir, görəsən?!
Allah qorusun! Həyatımda belə psixi, anormal, şiddət göstərən insanla qarşılaşsam, əsla münasibəti davam etmərəm. Dərhal ondan uzaqlaşaram. Valideynlərə səslənirəm, qızlarınızı qoruyun. “Yaşı keçir”, bəhanəsi ilə onları kimə gəldi ərə verməyin. Qarşılarına doğru-dürüst insan çıxarsa, ailə qursunlar. Əks halda, həyatlarını, cavanlıqlarını puç etməsinlər. Həyat insana bir dəfə verilir”.