-
- 26-10-2024, 14:05
- 4 199
“Onun yoxluğu ilə hələ də barışa bilmirəm” - Rahidə
“Sevgi bir bəladır. Həm gözəl hissdir həm də yaradıcı insan üçün vacibdir, bir tərəfdən də mənim üçün səhvdir”.
News24.az OLAY-a istinadən yazır ki, bu sözləri müğənni Rahidə Baxışova qonaq olduğu “Həmin Zaur” verilişində deyib.
Sənətçi şəxsi həyatı və sənəti ilə bağlı arzularını dilə gətirib:
“Həyatımda bir çox şeylər var ki, onun yoxluğu ilə hələ də barışa bilmirəm. Amma bu haqda danışmaq istəmirəm. Bu günlərə çox şükürlər olsun, həyat davam edir. Gözəl istəklərim, arzularım var sənətim və şəxsi həyatımla bağlı. Ona doğru addımlayıram. Hamının həyatında təəssüfləndiyi hansısa məqamlar var”.
Baxışova həmkarları ilə dost münasibətində olduğunu söyləyib:
“Mən heç kimin bu sənətdə əlindən yanıqlı deyiləm. Mən bütün sənət dostlarımı sevirəm. Hamısına hörmətlə yanaşıram. Ümumiyyətlə insanları sevirəm. Belə bir şey də yoxdur”.
Müğənni bildirib ki, övladlarının onun sənətini davam etdirməsini istəmir:
“Mənim iki övladım var. Onların ikinisində musiqiyə istəyi və həvəsi var. Övladlarım istedadlıdırlar. Özüm də bu sənətdəyəm. Bu sənət gözəl olsa da çox çətinlikləri var. Mən istəmirəm ki, onlar bu çətin sənəti seçsinlər”.