Rusiya üzərində 12 PUA vuruldu
    • 27-10-2024, 00:24
    • 316

Rusiya üzərində 12 PUA vuruldu


Rusiyanın hava hücumundan müdafiə qüvvələri Bryansk vilayəti üzərində Ukraynaya məxsus 12 pilotsuz uçuş aparatını məhv edib.

News24.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Moskva vaxtı ilə saat 19:20-dən 19:50-dək Kiyev rejiminin Rusiya ərazisindəki obyektlərə təyyarə tipli PUA-lardan istifadə etməklə növbəti terror aktları həyata keçirmək cəhdlərinin qarşısı alınıb və Bryansk vilayəti ərazisi üzərində 12 PUA məhv edilib”, - məlumatda bildirilib.