Azərbaycanda bu rayonlara qar yağdı – FAKTİKİ HAVA
    • 27-10-2024, 10:07
    • 275

Azərbaycanda bu rayonlara qar yağdı – FAKTİKİ HAVA


Ölkə ərazisində müşahidə olunan fsktiki hava açıqlandı.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, oktyabrın 27-si saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti  gecə saatlarında da davam edib. 

Səhər qərb rayonlarında tədricən kəsilib, şərq rayonlarında fasilələrlə müşahidə olunur, dağlıq rayonlara qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 5 mm,  Astarada 34 mm, Lənkəranda 26 mm, Qəbələ və Qobustanda 13 mm, Lerikdə 11 mm,  Xaltanda 9 mm, Yardımlıda 8 mm,   Qax və Cəfərxanda 7 mm, Sabirabadda  5 mm, Şəkidə 4 mm, Altıağac,  Oğuz, Beylaqan , Kürdəmir, Daşkəsən, Gədəbəy, Göyçay və Qusarda 3 mm , Neftçala və Şabranda 2 mm,  Zaqatala, Balakən, Qubada 1 mm olub.

Quba və Zaqatala rayonlarının dağlıq kəndlərinə  qar yağıb.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb. 

Havanın  temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da  və Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək  isti, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.

Oktyabrın 27-si səhər saatlarından qərb rayonlarında  yağıntılar kəsilsə də,  Bakıda və Abşeron yarımadasında və şərq rayonlarında gündüzədək fasilələrlə çiskinli hava şəraitinin davam edəcəyi gözlənilir.