Məsciddən nəzir qutusu oğurlandı - Azərbaycanda AĞLASIĞMAZ QARƏT
    • 26-06-2019, 12:28
    • 1 985

Məsciddən nəzir qutusu oğurlandı - Azərbaycanda AĞLASIĞMAZ QARƏT

Cəlilabad Rayon Polis Şöbəsinə iyunun 22-nə keçən gecə Maşlıq kəndi ərazisindəki məscidin həyətindəki nəzir qutusundan 150 manat pulun oğurlanması barədə məlumat daxil olub. 


DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini N.Mahmudov saxlanılıb.


Araşdırma aparılır.