Qaradağda mağazadan 970 manat pul OĞURLANDI
    • 24-04-2019, 12:25
    • 775

Qaradağda mağazadan 970 manat pul OĞURLANDI

Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə aprelin 23-də saat 1 radələrində Qobustan qəsəbəsi  ərazisindəki  mağazaların birindən 970 manat pul oğurlanması barədə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları hadisə yerində olmuş, müvafiq araşdırmalar aparılıb.

“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində  oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini G.Nəbiyev saxlanılıb. 

Hazırda faktla bağlı araşdırma aparılır.