Kürəkən qayınatasının evini ATƏŞƏ TUTUB
    • 26-06-2019, 12:42
    • 817

Kürəkən qayınatasının evini ATƏŞƏ TUTUB

İyunun 25-də Bakı şəhər sakini T.Quliyevin Ağcabədi şəhərinə gələrək orada yaşayan qaynatası M.Məmmədovun evinin istiqamətində 1 dəfə tüfənglə atəş açması, xəsarət alan olmaması barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, dərhal Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib.

T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılmış, ona məxsus “Ford” markalı avtomobilə baxış zamanı tüfəng aşkar edilərək götürülüb.

Araşdırma aparılır.