Şəmkirdə qardaş qardaşı güllələyib
    • 4-07-2019, 12:07
    • 1 369

Şəmkirdə qardaş qardaşı güllələyib

DİN-in “102–Zəng Mərkəzi” Xidmətinə iyulun 3-də Şəmkir rayonunun Qarabağlılar kəndi ərazisində bir nəfərin odlu silahla açılmış atəşdən xəsarət alması barədə müraciət daxil olub. 


DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər. Araşdırmalarla kəndin əkin sahəsində E.Məmmədovun  münaqişə zəminində tüfəngdən atəş açaraq qardaşı R.Məmmədovun qol nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib. 


E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb, müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi ondan götürülüb.


Faktla əlaqədar cinayət işi başlanıb.