Bakıda “Topaz”a oyuncaq tapançayla BASQIN
    • 24-09-2019, 12:04
    • 1 113

Bakıda “Topaz”a oyuncaq tapançayla BASQIN

DİN-in “102” Zəng Mərkəzi Xidmətinə Nərimanov rayonu ərazisində baş vermiş quldurluq hadisəsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla sentyabrın 22-də saat 23 radələrində mərc oyunları məntəqəsində naməlum şəxsin orada qeydiyyatçı işləyən C.Abışbəylini oyuncaq tapança ilə hədələyib 200 manat pulunu aldığı müəyyən edilib.

“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Yusublu saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.