Eşqin Qasımov SAXLANILDI
    • 27-10-2024, 21:13
    • 525

Eşqin Qasımov SAXLANILDI


Gəncədə avtobusda əxlaqsız hərəkətlər edən şəxsin kimliyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məsələ ilə bağlı açıqlama verib.

O bildirib ki, görüntülər əsasında Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalar aparılıb və həmin şəxsin Gəncə şəhər sakini, Ruhi-Əsəb Dispanserində qeydiyyatda olan Ə.Abbasov olduğu müəyyən edilib.

“Şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq onun müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub” , – deyə Eşqin Qasımov vurğulayıb.