-
- 26-06-2019, 12:57
- 1 084
Xəzər rayonunda əmək yarmarkası keçirilib - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Xəzər rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 25-də əmək yarmarkası keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Xəzər rayonunun sakinləri üçün təşkil edilən yarmarkada 15 dövlət və özəl müəssisə üzrə 584 vakant iş yeri təqdim edilib. Əmək yarmarkasının keçirilməsində əsas məqsəd Xəzər rayonu üzrə işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təminatıdır.
Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələrinin də iştirak etdiyi əmək yarmarkasında işsiz və işaxtaran şəxslərə peşə bacarıqlarına, əmək vərdişlərinə və seçimlərinə uyğun boş (vakant) iş yerlərinə göndərişlər verilib.
Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmələri üçün qeydiyyata alınıblar.Haqqı ödənilən ictimai işlərdə çalışmaq istəyənlərin də qeydiyyatı aparılıb.
Həmçinin vətəndaşlara Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib.