"28 May"da qatar NİYƏ yubandı - RƏSMİ AÇIQLAMA
    • Bu gün, 08:15
    • 275

"28 May"da qatar NİYƏ yubandı - RƏSMİ AÇIQLAMA

Metronun "Azadlıq prospekti" stansiyasında vaqon qapılarına baxış keçirilməsi zərurəti yaranıb.

Bu barədə “News24.az ”a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Maşinist problem müəyyən etməsə də, təkrar baxış zərurətinə görə, qatar sərnişinsiz "Memar Əcəmi" stansiyasına yola salınıb. Dərhal əvəzinə qatar verilib. Nəticədə, "28 May" stansiyasına qədər intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb.