Metropolitendən "Nizami" stansiyasındakı nasazlıqla bağlı AÇIQLAMA - YENİLƏNİB
    • 5-01-2023, 18:10
    • 231

Metropolitendən "Nizami" stansiyasındakı nasazlıqla bağlı AÇIQLAMA - YENİLƏNİB

"Bakı Metropoliteni" QSC bu gün "Nizami" stansiyasındakı vaqonlardan birində baş verən nasazlıqla bağlı açıqlama yayıb.

News24.az -a daxil olan açıqlamada bildirilib ki, "Nizami" stansiyasında vaqonlardan birinin qapısının bağlanmasında problem yaranıb: "Təlimat qaydalarına uyğun baxış təyin edilib. Qatara əlavə baxış keçirilməsi zərurəti yarandığından sərnişinlər stansiyada düşürülüb. Qatar mənzili sərnişinsiz qət etdiyi üçün iki qatar arasında olmaq şərtilə, intervaldan əlavə 2 dəqiqəlik yubanma qeydə alınıb. Hazırda problemin səbəbləri araşdırılır. Bu barədə əlavə məlumat veriləcək".

***

17.42

Metronun "Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarlarından birində nasazlıq yaranıb.

News24.az xəbər verir ki, metronun "Nizami" stansiyasında qatarın qapısı bağlanmadığı üçün bir neçə dəqiqə platformada dayanıb.

Daha sonra sərnişinlər düşürülüb və qatar depoya göndərilib.

Hazırda "Nizami" stansiyasında böyük sıxlıq yaşanır.