Ölən 18, öldürən 17 yaşında - Dostunu belə QƏTLƏ YETİRDİ
    • 28-10-2024, 12:15
    • 325

Ölən 18, öldürən 17 yaşında - Dostunu belə QƏTLƏ YETİRDİ

Adanada 18 yaşlı gənc 17 yaşlı dostu tərəfindən öldürülüb.

News24.az NTV-yə istinadən xəbər verir ki, kafedə oturan Baran Cengiz dostu F.B.-lə mübahisə edib.

Davaya çevrilən hadisədə F.B belindən çıxardığı silahla Cengizin başına atəş açıb. Baran Cengiz yerə yıxılıb və şübhəli F.B. qaçıb.

Qeyd edək ki, Cengiz təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Müalicə altına alınan Cengizi bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. F.B. isə həbs edilib.

Günel Məlikzadə