DƏHŞƏT: HƏYAT YOLDAŞINI VƏ AİLƏSİNİ ÖLDÜRDÜ
    • 25-07-2024, 13:07
    • 247

DƏHŞƏT: HƏYAT YOLDAŞINI VƏ AİLƏSİNİ ÖLDÜRDÜ

Musa Ö. və boşanma ərəfəsində olduğu həyat yoldaşı Fatma Ö. arasında mübahisə yaranıb.

News24.az xəbər verir ki, Musa O. mübahisə zamanı yanında olan silahla həyat yoldaşına, qayınatası İbrahim A və qayınanası Elif A-ya atəş açıb.

Əraziyə tibbi yardım və polis qrupları gəlib. 

Tibbi yardım qrupları tərəfindən Fatma Ö. ilə İbrahim A-nın həyatını itirdiyi müəyyən edilib.

Ağır yaralanaraq Mersin Şəhər Təhsil və Araşdırma Xəstəxanasına aparılan Elif A.-nı isə edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. 

Hadisə yerində gözləyən şübhəli polis tərəfindən nəzarət altına alınıb.

Məryəm İlhamqızı