Menecerini döyən məşhur müğənni HƏBS EDİLDİ - FOTOLAR
    • 6-04-2023, 16:39
    • 474

Menecerini döyən məşhur müğənni HƏBS EDİLDİ - FOTOLAR

Məşhur müğənni Cengiz Kurtoğlu aktyor Tolqa Yücenin ad günü məclisində menecer Mustafa Can ilə mübahisə edib.

News24.az
"Hürriyet"ə istinadla xəbər verir ki, iddialara görə, aralarındakı mübahisədən sonra Cengiz Kurtoğlu Mustafa Canı yumruqlayıb.

Mustafa Canın hadisə ilə bağlı polisə məlumat verməsindən sonra Cengiz Kurtoğlu barəsində həbs qərarı çıxarılıb. O, 3 il müddətində azadlıqdan məhrum ediləcək. 

Bu gün İstanbul Ağır Cəza Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən Cengiz Kurtoğlu və şikayətçi Mustafa Can iştirak etməyib.

Qeyd edək ki, Cengiz Kurtoğlunun menecerini Orhan Gencebay və digər sənətçilər barəsində təhqiramiz ifadələr işlətdiyinə görə döydüyü iddia olunur. 

Qumral Əliyeva