Uşaq bağçasında körpənin üzərinə qəhvə töküldü - Ailə İNANMADI... - foto
    • 28-10-2024, 12:41
    • 373

Uşaq bağçasında körpənin üzərinə qəhvə töküldü - Ailə İNANMADI... - foto

Adanada körpələr evində 1,5 yaşlı körpənin üzərinə qəhvə tökülüb.

News24.az NTV-yə istinadən xəbər verir ki, hadisə oktyabrın 25-də özəl uşaq bağçasında baş verib.

Aslı Aslan səhər saatlarında qızı Adəni uşaq bağçasına qoyub.

Uşaq bağçasında Adənin üzərinə qəhvə tökülüb. Rəhbərlik Adəni xəstəxanaya aparıb.

Xəstəxanaya gedən Aslı Aslan qızının üzünün və bədəninin müxtəlif yerlərində ikinci dərəcəli yanıqlar olduğunu öyrənib.

Aden müalicəsindən sonra evə buraxılıb və ailəsi körpələr evi rəhbərliyindən şikayət edib.

Aslı Aslan uşaq bağçasının hadisədə səhlənkarlıq göstərdiyini ifadə edərək, “Məktəb rəhbərliyi hadisənin pilləkən qəfəsində baş verdiyini və həmin ərazidə kameraların olmadığını bildirib. Yanıqların bir fincan qəhvədən qaynaqlandığını düşünmürəm” dedi.

Qızının boynunun soyulduğunu və qolunda qabar olduğunu izah edən ana körpə Adənin bədənindəki yanıqların dərin olduğuna diqqət çəkib.

Məktəb rəhbərliyi M.G.Ş. adlı müəllimənin digər müəllimlə toqquşması nəticəsində Adənin üzərinə qəhvə töküldüyünü və sözügedən müəllimin əmək müqaviləsinə xitam verildiyini qeyd edib.

Günel Məlikzadə