Qubada uşaq bağçasında YANĞIN OLDU
    • 23-01-2020, 15:39
    • 765

Qubada uşaq bağçasında YANĞIN OLDU

Quba rayonunda uşaq bağçasında yanğın baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə hhadisə İkinci Nügədi kəndində yerləşən 12 saylı uşaq bağçasında qeydə alınıb. 
Yanğın kənd sakinlərinin müdaxiləsi ilə yanğınsöndürənlər gələnədək söndürülüb, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.