-
- 19-07-2024, 23:40
- 362
6 yaşlı uşağın üzərinə dəmir hasar aşdı
Aydının Söke rayonunda məktəb bağçasında dostları ilə oynayan 6 yaşlı uşağın üstünə bağçanın girişindəki dəmir hasar düşüb.
News24.az xəbər verir ki, hadisə yerinə polis və tibb qrupları göndərilib. Xəsarət alan uşaq xəstəxanaya çatdırılıb.
Ata Hakan Karaoğlan jurnalistlərə açıqlamasında oğlunun başında 12 tikiş olduğunu, tomoqrafiya və MRT nəticələrinin yaxşı olduğunu deyib.
Övladının əlavə müayinələr üçün Aydın Uşaq Xəstəxanasına göndərildiyini deyən Karaoğlan, "Belə bir səhlənkarlıq ola bilməz. Mən bu məsələnin izini buraxmayacağam və sona qədər bütün hüquqi tədbirləri görəcəyəm" dedi.
Günel Məlikzadə