-
- 28-10-2024, 19:58
- 416
60 milyon dollarla qaçdı, dövlət himnini bilmədiyi üçün həbs edildi
Tayland fenomeni, YouTube kanalında investisiya məsləhətləri verən və sosial mediada paylaşdığı seksual pozaları ilə böyük izləyici kütləsinə çatan Natthamon Khongchak minlərlə insanı aldadıb.
News24.az xəbər verir ki, ona güvənən izləyicilərindən “35 faiz gəlirli investisiya” bəhanəsi ilə 60 milyon dollar alan Khongchak 2022-ci ildə yoxa çıxıb. İndoneziyaya qaçdığı öyrənilən Khongchak orada pasport almaq üçün İndoneziya vətəndaşı olan saxta şəxsiyyət vəsiqəsi ilə müraciət edib.
Lakin rəsmilər onun ləhcəsini şübhəli görüb İndoneziya himnini oxumasını istəyəndə Khongchak özünü ələ verib. Bütün cinayətlərini etiraf edən Khongchak, həbs olunaraq anası ilə aparıldığı Taylandda 70 il həbs tələbi ilə mühakimə olunacaq.
Məryəm İlhamqızı