İnterpol tərəfindən axtarılan şəxs tutuldu
    • 15-07-2024, 13:43
    • 201

İnterpol tərəfindən axtarılan şəxs tutuldu

İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən Rusiya əsilli şübhəli Antalyada qayıqda keçirilən əməliyyat zamanı tutulub.

News24.az TRT-yə istinadən xəbər verir ki, Rusiyada rüşvət aldığı üçün qırmızı bülletenlə axtarılan və barəsində təcili həbs qərarı çıxarılan A.P.-nin (58) qaçmağa hazırlaşdığı xəbəri üzərinə hərəkətə keçilib.

Antalya sahillərində Ukrayna bayraqlı yelkənli qayığa qarşı əməliyyat keçirilib.

Əməliyyat zamanı İnterpol tərəfindən qırmızı elanla axtarılan Rusiya əsilli A.P, onun oğlu E.P və Azərbaycan əsilli V.D. və Ukrayna əsilli İ.C. tutulub.

Qeyd edək ki, qayıqda aparılan axtarış zamanı 7 min avro, 5 min dollar, 200 Tayland bahtı, Türkiyə Respublikasının şəxsiyyət vəsiqəsi, Rusiya şəxsiyyət vəsiqəsi, pasport, 4 mobil telefon, noutbuk və planşet götürülüb.

Əməliyyatda A.P. saxlanılıb, oğlu E.P. Türkiyədə yaşamaq icazəsinin müddəti bitdiyi üçün Antalya İl İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib. Digər 2 nəfər isə sərbəst buraxılıb.

Digər tərəfdən, A.P.-nin 2021-ci ildə Türkiyə vətəndaşı olduğu, 2023-cü ildə isə Rusiya ədliyyə orqanlarının həbs qərarı ilə Türkiyə vətəndaşlığından çıxarıldığı bildirilib.

Günel Məlikzadə